Topaz
Premyer Liqasının XIX turunda “Sumqayıt”
öz meydanında AZAL-ı 1-0 hesabı ilə məğlub edib.
Korner.az-ın
məlumatına görə, oyundan sonra baş tutan mətbuat konfransında “Sumqayıt”ın baş
məşqçisi Samir Abasov fikirlərini bildirib:
“Çətin
oyun oldu. “Sumqayıt”ın adına oynadıq. Amma komandanın oyunundan razı deyiləm.
Futbolçularımda uduzmamaq hissi olsa da, həyəcanlı idilər. Oyundan sonra
futbolulara etirazımı bildirdim. AZAL-la oyunda xal itirsəydik, digər rəqiblərimiz
bizə çatacaqdılar. Yenə deyirəm, oyundan razı qalmadım”.
– İlk
hissənin sonunda hakimə etiraz edirdiniz. Bu, nə ilə bağlı idi?
Rəhimə
öz etirazımı bildirdim. İlk hissədə olan qayda pozuntusunun səbəbini öyrəndim.
Rəhim də dedi ki, “etirazını oyundan sonra bildir” və məni texniki zonadan
uzaqlaşdırdı.
–
“Sumqayıt”da yarımmüdafiə xətti yoxdu. Düşünmürsünüz ki, Xəyal Nəcəfovun əvəzedici
komadaya göndərilmək vaxtı çatıb?
– Bəli,
razıyam ki, yarımmüdafiə xəttimizdə boşluq var.
Xəyaldan soruşun, sizə eyni şeyi deyəcək. Artıq onun əvəzedici komandaya
göndərilmək vaxtı çatıb.
(futbol11.az)
