“Azərreyl”in “Challange Cup”da II təsnifat mərhələsinin hər 2 oyununu Bakıda keçirəcək.
Korner.az-ın məlumatına görə, “Dəmiryolçular” bununla bağlı Avstriyanın “İnsbruk” klubu ilə razılıq əldə ediblər.
2 illik fasilədən sonra 3-cü dərəcəli kubok uğrunda yarışacaq “Azərreyl” rəqibi ilə noyabrın 11-də və 12-də üz-üzə gələcək. Voleybol Mərkəzində baş tutacaq ilk görüş saat 18:00-da, cavab matçı 15:30-da başlayacaq.