“Bilirəm ki, “Turan”la oyunumuz Qərb derbisi adlanır. Bunun özü də məsuliyyəti artırır. Bizi yalnız qələbə qazanmaq razı sala bilər”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in futbolçusu Nikolay Svejentsev klubun rəsmi saytına deyib.
Svejentsev Premyer Liqanın XV turunda “Turan”la sabah səfərdə keçirəcəkləri oyun haqda danışıb:
“Məşq prosesində oyuna ciddi hazırlaşmışıq. Turnir cədvəlində mövqeyimiz yaxşı deyil. Qələbəmiz azdır. Hücum xəttində də bəxtimiz gətirmir. Səfərdə oynamağımızın da fərqi yoxdur. Çətin oyun olacaq. Komanda yoldaşlarımızla yığışıb söz vermişik ki, tezliklə bu qara zolaqdan çıxmalıyıq. Artıq uğurlu çıxış etməyin, qələbələri sıralamağın vaxtıdır.”
