“Komanda yoldaşlarıma təşəkkür edirəm”
14.11.2022 , 10:12

“Dinamo”nun (Zaqreb, Xorvatiya) futbolçusu Mahir Emreli Xorvatiya çempionatında “Riyeka”nı məğlub etdikləri oyundan sonra sosial şəbəkə hesabında paylaşım edib.
Korner.az xəbər verir ki, 7:2 hesabıyla başa çatan görüşdə dubl edən azərbaycanlı forvard instaqramda bunları yazıb:
“Bu komandanın bir parçası olduğum üçün qürurluyam. Komanda yoldaşlarıma təşəkkür edirəm”.
