Komanda yoldaşları Benzemaya söz verdilər
02.05.2023 , 15:21

Ötən mövsüm həm La Liqada, həm də Çempionlar Liqasında göstərdiyi performansla “Real”a çempionluq gətirən Benzema, bu mövsüm də vurduğu qollarla komandasının ən önəmli futbolçuları sırasındadır.
Korner.az xəbər verir ki, ötən gün komandanın məşqindən sonra soyunub-geyinmə otağında maraqlı söhbət yaşanıb.
Söhbət zamanı komanda yoldaşları bombardirlik yarışında Benzemaya dəstək olacaqları ilə bağlı söz veriblər.
Benzema bu mövsüm 37 oyunda 29 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
