Komanda yoldaşı Ronaldo barədə danışdı
17.05.2023 , 13:54
“Əl-Nəsr”də forma geyinən Luis Qustavo komanda yoldaşı Kriştiano Ronaldo ilə bağlı açıqlama verib.
Korner.az xəbər verir ki, o, ulduz futbolçunun kluba gəldiyindən sonra oyunlarda baş verən dəyişikliklərdən danışıb:
“Ronaldo komandaya gələndən, rəqiblərimiz də öz üzərində işləməyə başlayıb. Ronaldodan əvvəl və sonraya baxsaq, onların nə qədər inkişaf etdiyini görəcəyik. Kriştianonun liqaya, oyunlara böyük təsiri olub. Matçlar ona görə maraqla izlənilir. Oyunların da keyfiyyəti artıb deyə bilərəm”.
38 yaşlı futbolçu indiyədək “Əl-Nəsr”in heyətində 16 oyunda 12 qol və 2 məhsuldar ötürmə edib.