"Fənərbağça"nın yeni transferi Dirk Kuyt məşq zamanı komanda yoldaşı Caner Erkinə zor anlar yaşatdı.
Korner.az-ın məlumatına görə, məşqdə Kuytın hücum etdiyi cinahı kəsən Caner sonradan yorularaq ingilis dilində "Enough Dirk, enough! Too much run… Do it in the game" yəni "Bəsdir Kuyt! Məndə yoruldum… Qaçmağını oyunlara saxla!" – ifadələrini işlədib.
Bu ifadələr "sarı-lacıvərdli" futbolçular tərəfindən gülməli qarşılanıb.
