Antalyada təlim-məşq toplanışını davam etdirən “Keşlə” bu gün hazırlıq çərçivəsində son yoxlama oyununu keçirib. Bakı təmsilçisi Rusiyanın birinci divizion təmsilçisi “Yenisey”lə 1:1 hesablı heç-heçə edib.
Matçdan sonra “Keşlə”nin baş məşqçisi Yuri Maksimov oyunla bağlı fikirlərini bildirib:
“Ümumi götürdükdə, komandanın oyunundan razı qaldım. Toplanışın sonlarına yaxın fiziki cəhətdən daha hazır vəziyyətdəyik. Fasilədən sonra bir neçə dəyişiklik etdim. Bu səbəbdən komanda ikinci hissədə yaxşı təsir bağışlamadı. Bəzi oyunçulara istirahət imkanı verdim. İstəmirəm ki, kimsə toplanışın sonunda zədə alsın. Komanda yavaş-yavaş özünə gəlir”.
