Komanda ilə məşqlərə başladı
21.10.2024 , 12:00

“Mançester Siti”nin zədəlisi sıraya dönüb.
Korner.az xəbər verir ki, söhbət “şəhərlilər”in yarımmüdafiəçisi Kevin De Brüynedən gedir.
Futbolçu artıq zədəsini tam sağaldıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı oyunçu komanda ilə məşqlərə qoşulub.
