Bu gün "Assorti" restoranında "KomandA" qəzeti ənənənvi olaraq ilin ən yaxşı baş məşqçi və futbolçusunu açıqlayıb.
Korner.az-ın məlumatına görə, jurnalistlər arasında keçirilmiş sorğuda “İlin ən yaxşı məşqçisi” və “İlin ən yaxşı futbolçusu” nominasiyasında qaliblər "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev və Cavid İmamverdiyev seçilib.
Hər iki qalibin "Neftçi"dən seçilməsi əbəbs yerə deyil. Belə ki, hər iki qalib "Neftçi" ilə birgə Avropa Liqasının qrup mərhələsinə düşməklə tarix yazıb.
Böyükağa Hacıyev səsverməda aşkar qalib adını qazanıbsa, Cavid İmamverdiyev hal-hazırda "Xəzər Lənkəran"da forma geyinən sabiq "Neftçi"li Ruslan Abışovla ciddi mübarizə aparmalı olub.
