“Komadamız qələbəyə layiq oynadı” – Ozobiç
06.03.2021 , 13:05

Korner.az xəbər verir ki, xorvat yarımmüdafiəçi klubun mətbuat xidmtinə açıqlamasında bunları söyləyib:
“Qarşıda bizi çox oyun gözləyir. “Qəbələ” ilə matçda oyunumuzdan çox xoşum gəldi. Fikrimcə, komandamız qələbəyə layiq oynadı. Çalışmalıyıq ki, yüksələn xəttlə gedək və bu səviyyəni qoruyaq. Ümid edirəm ki, belə də olacaq. Qollarıma gəlincə, çox sevinirəm. Zədədən sonra ilk dəfə start heyətdə yer aldım. İki qol vurmağım məni sevindir və əsas odu ki, bu, komandamıza qələbə qazandırdı. Özümü xoşbəxt hiss edirəm. “Qəbələ” ilə oyun artıq geridə qalıb. Bu matçı unudub, növbəti oyunlara köklənməliyik”.
“Qarabağ” növbəti matçını martın 9-da səfərdə “Zirə”yə qarşı keçirəcək. Bu oyuna saat 17:15-də start veriləcək.
