"Xəzər Lənkəran"ın məşqçi korpusunda dəyişiklik edilib.
Korner.az-ın klubun saytına istinadən məlumatına görə, italiyalı Covanni Melkiorre komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsinə təyin olunub.
51 yaşlı Melkiorre "Xəzər Lənkəran"da tanış simadır. Belə ki, italyan məşqçi 2011-ci ildə Cənub klubunda çalışıb. O, "Xəzər Lənkəran"a Mirça Rednikin baş məşqçi olduğu dönəmdə keçmişdi. Melkiorrenin çalışdırdığı klublar arasında Türkiyənin "Qalatasaray", Rumıniyanın "Astra Curcu" və "Petrolul Ploeşti" klubları da var. Onun sonuncu iş yeri Rumıniyanın "ÇFR Kluj" klubu olub.
Covanni Melkiorre ilə "Xəzər Lənkəran" arasında 2 illik müqavilə bağlanıb.
