Kolarov rəsmən “İnter”də
08.09.2020 , 18:18
“İnter” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, klub “Roma”nın futbolçusu Aleksandr Kolarovu transfer edib. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.
34 yaşlı müdafiəçi ötən mövsüm 42 matçda 7 qol vurub, 5 assist edib.