"Çox xoşbəxtəm. Bu gün mənim üçün çox önəmli gündü. Qarşımıza qoyduğumuz məqsədə çatdıq və mövsümü titulla başa vurduq".
Bu sözləri Korner.az-a açıqlamasında "Neftçi" ilə oyundan sonra "Bakı"nın futbolçusu Koke deyib.
O, bundan sonra avroliqaya diqqət ayıracaqlarını və çalışdıqları qədər irəli getmək istədiklərini bildirib:
"Biz bu uğuru qazanmaq üçün çox çalışmışdıq. Bu gündə öz oyunumuzla qələbəyə layiq olduğumuzu sübuta yetirdik. Yaxşı hazırlaşıb bacardıqca irəli getməyə çalışacağıq. İnanıram ki, Avroliqada da uğur qazana bilərik".
