Futbol

Kökçü ilə yeni müqavilə

02.07.2020 , 20:46

“Feyenoord”da yeni müqavilə qeydə alınıb.

Korner.az xəbər verir ki, Niderlan klubu yarımmüdafiəçisi Orkun Kökçünün sözləşməsini uzadıb.

19 yaşlı futbolçu ilə 2025-ci ilin yayınadək yeni müqavilə imzalanıb.

Türkiyə millisinin üzvü bu mövsüm 35 oyunda 3 qol vurub, 6 assist edib. 19 yaşlı futbolçunun qardaşı Ozan Can Kökçü Azərbaycanın U-21 millisinin və “Sabah”ın formasını geyinir.

Son yazılar

Yuxarı