big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Köhlən atlar” Avropa cıdırında – YAZI

21.06.2015 , 17:37

İdman ictimaiyyətinin başı hər nə qədər Bakıda keçirilən Avropa oyunlarına qarışsa da, qarşıdan gələn daha bir məsul yarışı da yaddan çıxarmaq olmaz. Söhbət avrokuboklarda 2015-2016-cı illər mövsümünün təsnifat mərhələlərindən gedir. Klublarımızın biri Çempionlar Liqasına II təsnifat mərhələsindən (“Qarabağ”), üçü isə Avroliqanın I təsnifat mərhələsindən (“Neftçi”, “İnter”, “Qəbələ”) mübarizəyə başlayacaq. Bu mövsüm üçün gözləntilər böyükdür. “Qarabağ” Çempionlar Liqasında ən güclü 32 komandadan biri olmağa çalışacaqsa, Avroliqada qrup mərhələsinə vəsiqə qazanmaq komandalarımız üçün minimal vəzifədir. Burda qeyd edək ki, komandalarımız rəqibləri iyunun 22-də UEFA-nın mənzil qərargahında keçiriləcək püşkatmada müəyyənləşəcək.  Elə isə Çempionlar Liqasındakı yeganə təmsilçimiz “Qarabağ”ın bu turnirdəki şanslarını dəyərləndirmək pis olmazdı.
 
Gələnlər: Azər Salahlı, Elvin Məmmədov, Coşqun Diniyev (hamısı “İnter”), Vüqar Mustafayev (“Simurq”), Alharbi Əl-Jadeyaui (“Lans”, Fransa), Elvin Yunuszadə (“Neftçi”)

Gedənlər: Muarem Muarem (“Əskişəhərspor”), Tərlan Quliyev, Şəhriyar Əliyev (hər ikisi “Kəpəz”, icarəyə), Vüqar Nadirov, Leroy Corc, Admir Teli, Hacı Əhmədov, Tural İsgəndərov
Müqaviləsinin müddətini artıranlar: Ansi Aqolli, İlqar Qurbanov

Klubun potensial rəqibləri: “Ventspils” (Latviya), “Jalgiris” (Litva), “Astana” (Qazaxıstan), “Styarnan” (İslandiya),  “Dandalk” (İrlandiya), “Hibernians” (Malta), “Dila” (Gürcüstan), “Vardar” (Makedoniya), “Fola” (Lüksemburq), “Milsami” (Moldova), “Trençin” (Slovakiya), “Sarayevo” (Bosniya və Herseqovina), “Rudar” (Monteneqro), I təsnifat mərhələsinin 4 qalibi

Hər zamankı kimi, bu il də avrokuboklarda “Qarabağ”a ümid böyükdür. Komanda son illər istər ölkə daxilində, istərsə də, beynəlxalq miqyasda uğurlu çıxışı ilə adından söz etdirməyi bacarıb. Digər klublara nisbətən ağdamlılar maliyyə sarıdan da korluq çəkmir. Oturuşmuş heyəti, özünəməxsus oyun tərzi ilə “Qarabağ”ın bu il nəticəsini yaxşılaşdıraraq, Çempionlar Liqasının, ən pis halda isə Avroliqanın qrupuna düşəcəyini gözləmək olar. Ötən mövsüm “köhlən atlar”ın çex hakim Miroslav Zelinkanın biabırçı səhvi üzündən Avroliqada 1/16 final biletini gələcək finalçı “Dnepr”ə verdiyini də unutmaq olmaz. Bütün bunlar bir yana, klubdakı vəziyyətin ideal  olduğunu söyləmək absurddur…

Göndərilən bir çox futbolçu var, ancaq onlardan 4-nün adı çox şey deyir: Muarem Muarem,  Leroy Corc,  Admir Teli, Vüqar Nadirov. “Əskişəhərspor”un Muarem Muaremlə maraqlandığı keçən mövsümün qış təlim toplanışından məlum idi. Muaremin hələ o vaxt  bu təklifə isti münasibət bəslədiyini nəzərə alsaq, mövsümün sonunda sözügedən keçidin reallaşması təəccüb doğurmamalıdır.  Düzdür, makedoniyalının “Qarabağ” üçün böyük önəmə sahib olduğunu qeyd etmək lazımdır, buna qədər Muarem bir çox taleyüklü oyunlarda “köhlən atlar”ın köməyinə çatıb, amma əvəzedicisi tapılmayacaq qədər nadir futbolçu deyil.  Vüqar Nadirov isə Avroliqanın qrup mərhələsində “Sent Etyen”lə səfər qarşılaşmasında vurduğu qolu istisna etsək, ötən mövsüm ciddi heç nə ilə yadda qalmadı (hələ mən onu demirəm ki, Nadirovun “Sent Etyen”lə görüşdə çıxış etməsi Reynaldonun şansız zədələnməsinə görə idi). Buna rəğmən, onun “köhlən atlar”da daha çox qazanmaq, “ilk 11-lik”də daim yer almaq istəyi qətiyyən düzgün deyildi. Düzür, əslən ağdamlı olması, 10 ilini bu klubda keçirməsi, atası Ərşad Nadirovun Qarabağ şəhidi olması, əmisi Adil Nadirovun isə bu klub üçün müstəsna işlər görməsi ətrafında çox manipulasiyalar aparmaq olar. Amma etiraf edək ki, Vüqarın “kənar amillər”ə görə saxlanılması yalnız klubun ziyanına olardı. Lakin Leroy Corc və Admir Telinin transferi ilə bağlı eyni sözləri demək çətindir. Müdafiə xəttində daim etibarlı oyunu ilə yadda qalan Admir Teli, eləcə də “Futbol+” qəzetinin dəyərləndirməsinə görə ötən mövsümün ən yaxşı futbolçusu seçilən Leroy Corcun yeri mütləq bilənəcək. Digər narahatlıq isə  Reynaldo ilə bağlıdır. “Köhlən atlar”da daim yaxşı oyunu diqqətləri üzərinə çəkmiş, öz mövqeyinə görə ölkəmizdə ən yaxşılardan olan braziliyalının klubdakı önəmi barədə saatlarla danışmaq olar. Bu baxımdan, onunla bir çox Avropa klubunun maraqlanması sirr deyil. Eləcə də Bədavi Hüseynova  Türkiyənin “Trabzonspor” klubundan 1 milyon avroluq təklif göndərildiyi yayılan xəbərlər arasındadır. 

Ağdamlılar hələ ki transfer bazarında o qədər fəallıq nümayiş etdirmir. Bu isə “həyəcan təbili” çalmağa əsas verir. Ağdam klubunun yalnız ötən mövsüm Fransa Liqa-1 klublarından “Lans”da çıxış etmiş Alharbi Əl-Jadeyauin ilə anlaşmasını sanballı transfer hesab etmək olar. Yarımmüdafiənin hər iki cinahında oynamağı bacaran Əl-Jadeyaui karyerası boyu Fransa klublarında çıxış edib. O, ötən mövsüm Liqa 1-də 26 oyun keçirib, 3 qola da imza atıb. Futbolçu 2013-cü ildə Mərakeş millisinin heyətində 1 oyunda iştirak edib. “Köhlən atlar”ın, nəhayət, bu yay transfer pəncərəsində qapıçı problemini həll edəcəyini güman edirəm.  İbrahim Şehiç hər nə qədər etibarlı “əlcək sahibi” olsa da, hər futbolçu kimi o da zədə və cəzalardan sığortalanmayıb. Belədə uzun müddətdir oyun praktikası baxımından korluq çəkən Fərhad Vəliyev qapını qorumalı olacaq. Digər problem hücum xəttindədir. Bu məsələyə idman mediasında bir neçə dəfə toxunulsa da, problem aktuallığını qorumaqdadır. Vəziyyət o həddə çatıb ki, əsl mövqeyi yarımmüdafiə olan Reynaldo hücumçu kimi çıxış etməkdədir.  Vüqar Nadirov və Tural İsgəndərovun göndərilməsindən sonra kluba keyfiyyətli hücumçu gətirilməsi artıq labüd məsələyə çevrilib.
 
“Köhlən atlar”ın bu mövsüm də Çempionlar liqasında yetərincə uğurlu çıxış edəcəyinə inanmaq üçün əsaslarımız var.  Belə ki, ağdamlıar çempionlar yolu ilə hərəkət etdiyindən, püşk sonrakı mərhələlərdə klubumuza heç bir vəchlə “Monako” (Fransa), “Ayaks” (Hollandiya), “Fənərbaxça”(Türkiyə), ÇSKA (Rusiya), “Şaxtyor” (Ukrayna), “Panatinaikos” (Yunanıstan), “Valensiya”(İspaniya), “Mançester Yunayted”( İngiltərə), “Latsio”(İtaliya), “Bayer Leverkuzen”(Almaniya), “Sportinq”(Portuqaliya), “Sparta Praqa”( Çexiya), “Rapid Vyana” (Avstriya) kimi “div”ləri rəqib edə bilməz.  Eləcə də ağdamlılar II təsnifat mərhələsində “səpələnmişlər” torbasında yer aldığından, başlanğıcda “Styaua” (Rumıniya), BATE (Belarus), “Molde” (Norveç), HİK (Finlandiya), “Malmö” (İsveç), “Dinamo” (Xorvatiya), “Seltik” (Şotlandiya), “Ludoqorets” (Bolqarıstan), “Maribor” (Sloveniya), “Makkabi” (Təl-Əviv, İsrail), “Partizan” (Serbiya) kimi komandalarla da üz-üzə gəlmək şansı yoxdur. “Səpələnməmişlər” torbasında isə klubumuza “başağırsı” törədə biləcək klublar kimi,  “Jalgiris” (Litva), “Astana” (Qazaxıstan) və “Sarayevo”nu (Bosniya və Herseqovina) qeyd etmək olar. Amma istənilən halda, “səpələnməmişlər” torbasındakı heç bir klub “Qarabağ”a rəqib ola biləcək səviyyədə deyil.  III təsnifat mərhələsində klubumuza rəqib ola biləcək klublar arasında “Bazel” (İsveçrə), “Zalsburq” (Avstriya),  “Viktoriya Plzen” (Çexiya) adı daha çox nəzərə çarpır. Komanda III təsnifat mərhələsində məğlub olacağı halda, Avroliqanın pley-ofuna vəsiqə qazancaq. 

Hazırlıq planına gəlincə, komanda iyunun 18-dən Avstriyada toplanış keçirir.  Milli komandalarda  olan futbolçular isə iyunun 23-dən sonra düşərgəyə qoşulacaqlar. Toplanış dövründə 3 yoxlama oyunu planlaşdırılıb. Rəqiblərdən birinin Kiyev “Dinamo”su olacağı artıq dəqiqləşib. “Köhlən atlar” ukraynalılarla iyulun 6-da üz-üzə gələcək. Əgər ağdamlılar Çempionlar liqasının II təsnifat mərhələsində ilk oyunu öz meydanında oynamalı olsa, Bakıya, əks halda isə Avstriyadan birbaşa oyunun keçiriləcəyi şəhərə yollanacaq.

Ürfan Məmmədzadə

Son yazılar

To Top