Kluyvertin yeni iş yeri rəsmiləşdi
08.01.2025 , 12:18
“Barselona”nın sabiq futbolçusu Patrik Kluyvertin yeni ünvanı bəlli olub.
Korner.az xəbər verir ki, o, İndoneziya millisinə baş məşqçi təyin edilib.
Bu barədə İndoneziya Futbol Federasiyası məlumat yayıb.
Hollandiyalı mütəxəssis yeni komandası ilə 2+2 illik müqavilə imzalayıb.
48 yaşlı çalışdırıcı son iş yeri “Adana Demirspor” olub.