Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la qarşılaşan və heç-heçə edən "Kluj" klubunun baş məşqçisi İoan Andonenin istefa xəbəri ölkə gündəminə damğasını vurdu.
Korner.az-ın məlumatına görə, ölkə mətbuatı artıq bir neçə gündür vəzifədən gedəcəyi danışılan Andonenin yerinə "Latsio"nun keçmiş baş məşqçisi Edoardo Rejanın gətirildiyini yazır.
Rejanın yeni klubu ilə ilk matçına 27 oktyabr tarixində çıxacağı bildirilir.
Klub hələlik bu yazılara heç bir rəsmi açıqlama gətirməyib. Andonenin isə artıq Qətər və başqa iki ölkədən təklif aldığı söyləntilər arasındadır.
