Çempionlar Liqasında "Qalatasaray"la öz meydanında qarşılaşacaq Rumıniyanın "Kluj" klubunun prezidenti Arpad Paşkani öz ölkəsinin mətbuatına iddialı açıklamalar verib.
Korner.az-ın məlumatına görə, Paşkani komandasının bu oyunda da qələbə qazanaraq Avropa qapısını "Cim-bom"un üzünə qapatmaq istədiklərini deyib.
"Biz Avrupa macəramızın davam etməsinə köklənmişik. "Qalatasaray"la oyun çox çətin olacaq. Bu, onlar üçün ölüm-dirim mübarizəsidi, Avropada qala bilmək üçün son şanslarıdı. Türklərlə savaşdan qalib çıxmaq istəyirik", – deyə klub başqanı bildirib.
Noyabrın 7-də keçiriləcək "Kluj" – "Qalatasaray" oyununun biletlərinin hamısı satılıb.