Klubun xalı silindi
17.11.2023 , 21:09

“Everton”un Premyer Liqada 10 xalı silinib.
Korner.az xəbər verir ki, buna səbəb Liverpul təmsilçisinin maliyyə feyr-pley qaydalarını pozmasıdır.
Müstəqil komissiya araşdırma zamanı komandanın 2021/2022 mövsümünün sonunda itkilərinin 124,5 milyon funt sterlinq təşkil etdiyini aşkarlayıb.
Premyer Liqanın şərtlərinə görə, itki 105 milyonu keçməməlidir.
