Klubu Qarnaço üçün 70 milyon avro tələb edir
13.06.2025 , 22:34

“Mançester Yunayted”in futbolçusu Alexandro Qarnaço Avropanın bir neçə klubunun hədəfinə düşüb.
Korner.az xəbər verir ki, argentinalı oyunçu ilə “Aston Villa”nın yaxından maraqlandığı iddia olunur.
Bu barədə “The İndependent” məlumat yayıb.
“Qırmızı şeytanlar” Qarnaço üçün qarşı tərəfdən 70 milyon avro tələb edir.
Futbolçu yalnız bu məbləğ təklif olunacağı təqdirdə komandadan ayrıla bilər.
Bu mövsüm “Mançester Yunayted”in heyətində 58 matçda meydana çıxan Qarnaço 11 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
