Klubların məşqlərə başlamasına icazə verildi
29.04.2020 , 17:24

İspaniyada futbol klubları mayın 4-dən etibarən məşqləri bərpa edə biləcəklər.
Korner.az xəbər verir ki, bunu ölkənin baş naziri Pedro Sançes Nazirlər Şurasının ötən gün baş tutan iclasından sonra deyib.
Hökumət rəsmisi bildirib ki, komandalar öz bazalarında hazırlığa başlaya bilərlər.
