Futbol

Klublarımızın Konfrans Liqasındakı oyunlarının hakimləri

01.07.2022 , 14:35

“Neftçi”, “Zirə” və “Qəbələ”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları üçün təyinatlar açıqlanıb.

Korner.az xəbər verir ki, “Neftçi”nin Kipr “Aris”i ilə səfər oyununu Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi İvan Bebek olacaq. Ona yan xətt hakimləri Qoran Pataki və Luka Payiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Dario Bel yerinə yettrəcək.

“Qəbələ”nin Macarıstanda “Fehervar”a qarşı keçirəcəyi ilk matç İsveçdən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Kaspar Syöberq olacaq. Ona yan xətt hakimləri Maks Robin Vild və Andreas Svensson kömək edəcək. Dördüncü hakim funksiyasını isə Qranit Maqedonçi yerinə yetirəcək.

“Zirə”nin Bakıda İsrail “Makkabi”sinə (Tel-Əviv) qarşı görüşünü İrlandiyadan olan referilər idarə edəcək. Baş hakim Rob Hennessi olacaq. Ona yan xətt hakimləri Emmett Dinan və Dermot Broqto kömək edəcəklər. Dördüncü hakim funksiyasını Oliver Moran yerinə yetirəcək.

Oyunlar iyulun 21-də baş tutacaq.

Son yazılar

Yuxarı