Klublararası dünya çempionatının ən yaxşısı
23.12.2023 , 15:11
2023-cü il klublararası dünya çempionatının ən yaxşı futbolçusu müəyyənləşib.
Korner.az xəbər verir ki, bu, “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri olub.
Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.
27 yaşlı ispaniyalı turnirin ən yaxşı oyunçusu kimi “Qızıl top”a layiq görülüb.