Klublararası dünya çempionatı başladı
12.12.2019 , 10:55

Klublararası dünya çempionatına start verilib.
Turnirin ilk matçı Qətərin “Əl Sədd” klubu ilə Yeni Kaledoniya təmsilçisi “İanqen” arasında baş tutub.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesabıyla başa çatıb. Əlavə vaxtda isə daha iki qol vuran “Əl Sədd” 3:1 hesablı qələbəyə sevinib.
