Klublararası DÇ-nin yeni vaxtı bilindi
14.04.2020 , 19:26

Koronavirusa görə təxirə salınan klublararası dünya çempionatının yeni tarixi müəyyənləşib.
Korner.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Turnirin 2022-ci ilin iyununda təşkil olunacağı bildirilib. Çində keçiriləcək yarışın dəqiq tarixinin yaxın günlərdə rəsmi şəkildə açıqlanacağı gözlənilir.
Bundan əvvəl, turnirin 2021-ci ilin 17 iyun-4 iyul tarixlərində keçirilməsi planlaşdırılırdı.
