Klublar üçün videokonfrans formatında iclas keçirildi
29.10.2021 , 21:38

Bu gün Premyer Liqa və l Divizionda çıxış edən klubların nümayəndələri üçün Lisenziyalaşdırma qrupunun 2022-23-cü il Lisenziyalaşdırma mövsümünün videokonfrans formatında açılış iclası keçirilib.
Korner.az xəbər verir ki, aşağıda qeyd olunmuş mövzular haqqında ətraflı məlumat verilib:
– Ötən mövsümün qısa icmalı;
– Lisenziyalaşdırma qrupunun strukturunda baş vermiş dəyişikliklər;
– Paket sənədlərdə və Lisenziyalaşdırma üzrə qaydalarda baş vermiş dəyişikliklərlə bağlı məlumat və təlimatlar;
– Lisenziyalaşdırma qrupunun mövsüm ərzində planlaşdırılmış tədbirlər haqqında məlumatı.
İclasın sonunda Lisenziyalaşdırma qrupunun əməkdaşları klub nümayəndələrinin suallarını cavablandırıb.
