Klublar məşqlərə başlaya bilərmi? – Nazirlər Kabinetindən açıqlama
21.04.2020 , 14:04

“Azərbaycanda kütləvi tədbirlərin bərpası kiminsə iradəsindən asılı məsələ deyil. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkədə karantin rejimi mayın 4-dək uzadılıb”.
Bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib. O, hazırda idman yarışlarının bərpası kimi məsələnin gündəmdə olmadığını bildirib. İ.Məmmədov komandaların məşqlərə başlamasının nə dərəcədə mümkünlüyü barədə sualı isə belə cavablandırıb: “Mən Operativ Qərargan adından deyə bilərəm ki, hazırda gündəlikdə belə bir məsələ yoxdur”.
