“Mart ayında legioner rüsumunun azaldılmasına dair tövsiyə xarakterli qərarımız AFFA İcraiyyə Komitəsində qəbul olunmamışdı. Bu gün isə demək olar ki, müzakirələrimiz bu məsələ ətrafında oldu”.
Korner.az-ın məlumatına görə, Bu sözləri jurnalistlərə açıqlamasında AFFA Klublar Komitəsinin sədri Fikrət Hüseynov bu gün baş tutan ilclasdan sonra məlumat verib.
O bildirib ki, az öncə başa çatan iclasa PFL-in prezidenti Ramin Musayev də dəvət edilib. Klublar adından Ramin Musayevdən xahiş edildi ki, bu məsələni İcariyyə Komitəsində bir daha da gündəmə gətirsin: “Biz istəmirik ki, rüsum yığışdırılsın. Amma azaldılmalıdır. Bu məsələ İcraiyyə Komitəsində müzakirə ediləcək. Legioner rüsumunun 5000 manata endirilməsini təklif etmişik”.
Fikrət Hüseynov Azərbaycan futbolunun çətin vəziyyətə düşdüyünü bildirib: “Bütün klubların vəziyyəti pisdir deməzdim, amma zəifləyiblər. 3-4 il əvvəl hər şey qaydasında idi.Legioner rüsumu ilə bağlı heç bir problem olmurdu. İndi isə hər şey göz qabağındadır”.
Sədr bildirib ki, bugünkü iclas “Rəvan” və “Xəzər Lənkəran” üçün sonuncu olub: “Rəvan” və “Xəzər Lənkəran” klublarının təkliflərini dinlədik, müzakirə apardıq və onlarla sağollaşdıq”.
Premyer Liqada 8 komandanın qalmasının yaxşı hal olmadığını deyən sədr növbəti mövsümə bu qədər klubla başlayacaqları halda, qitədə 4-cü ölkə olacaqlarını da xatırladıb.
