Bu gün “Four Seasons” otelində AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilib.
Korner.az AFFA-ya istinadən xəbər verir ki, iclasın gündəliyinə daxil edilmiş məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb, növbəti iclasda müzakirə ediləcək məsələlər müəyyənləşdirilib.
Topaz Premyer Liqasının XVIII turunun “Simurq” – “Bakı” oyununun hava şəraiti ilə bağlı ötən günə keçirilməsi ilə əlaqədar hər iki klubun nümayəndəsi, həmçinin “Qarabağ” klubunun təmsilçisi üzürlü səbəbdən iclasda iştirak etməyib.
