Klublar Komitəsinin növbəti iclası keçirildi
08.05.2023 , 14:42

Bu gün AFFA-nın inzibati binasında Klublar Komitəsinin növbəti iclası keçirilib.
Korner.az xəbər verir ki, toplantıda AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katib Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, vitse-prezidenti Aslan Şahgəldiyev və Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak edib.
İclasda ölkə futbolu ilə bağlı müxtəlif məsələlər müzakirə olunub.
