Klublar Komitəsində yeni idarəçilik
04.12.2018 , 12:57

AFFA-nın Klublar Komitəsinin idarəcilik sistemi dəyişib. Buna komitənin bu gün keçirilən yığıncağında qərar verilib.
“Bulvar otel”də keçirilən 2018-ci ilin son iclasında yeni sədrin seçkiləri nəzərdə tutulmişdu. Belə ki, qurumun tarixinə son sədr kimi düşən “Neftçi”nin prezidenti Kamran Quliyevin komitə rəhbəri kimi səlahiyyəti başa çatır. Onu əvəzləyəcək şəxs klub nümayəndələrinin səsverməsi ilə müəyyənləşməli idi.
Lakin komitə katiblik sisteminə keçməyə üstünlük verib. Bundan sonra qurumda sədr deyil, katib olacaq.
