AFFA prezidentinin əmrinə əsasən yaradılan Klublar Komitəsinin ilk yığıncağının vaxtı bəlli olub.
Korner.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, iclas dekabrın 10-da baş tutacaq.
Tədbir saat 15:00-da başlayacaq. Klublar Komitəsinin Əsasnaməsi AFFA-nın İcraiyyə Komitəsinin dekabrın 3-dəki iclasında yekdil səslə təsdiq olunub və assosiasiyanın saytında yerləşdirilib.
