Klubdan diqqət çəkən bilet qiymətləri
28.04.2023 , 22:26

Türkiyə Super Liqasının 35-ci turunda keçiriləcək “Tuzlaspor” – “Eyüpspor” matçı üçün bilet qiymətləri diqqət çəkib.
Korner.az xəbər verir ki, oyundan əvvəl açıqlanan qiymətlər hər kəsi təəccübləndirib.
Meydan sahibləri biletin qiymətini 38 min 500 TL, qonaq tribuna üçün isə qiyməti 50 min TL olaraq təyin edib.
Çempionlar Liqasının 1-ci kateqoriyalı final matçının bilet qiyməti 15 min TL olduğu halda, “Tuzlaspor”un müəyyən etdiyi bilet qiymətləri diqqət çəkib.
