Klubdakı gələcəyi ilə bağlı qərarını verdi
10.01.2025 , 21:56
“Mançester Yunayted”in hollandiyalı yarımmüdafiəçisi Coşua Zirkzi klubdakı gələcəyi ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, 23 yaşlı futbolçu mövsümün ortasında komandasından ayrılmaq istəmir.
Bununla bağlı “Sky Sports” məlumat yayıb.
Xəbərdə, oyunçunun İtaliya klublarından gələn təklifləri dəyərləndirməyəcəyi vurğulanıb.
Zirkzee bu mövsüm “Mançester Yunayted”in heyətində 27 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.