Yunanıstan superliqasında “Larisa” – “İraklis” oyunundan sonra qeyri-adi hadisə baş verib.
Korner.az-ın məlumatına görə, “Larisa”nın qapıçısı Matias Deqra kobud səhvi nəticəsində buraxdığı qoldan sonra klub prezidenti tərəfindən şillələnərək, komandadan qovulub.
“İraklis”lə görüşdə hesabda 2:1 öndə olan “Larisa” qələbəni məhz Deqranın səhvindən sonra əldən verib.
Buna əsəbiləşən klub prezidenti paltardəyişmə otağına gedən tuneldə argentinalı qolkiperin qarşısını kəsib və bir neçə kəlmə ilə iradını bildirib. Ardından klub prezidenti oyunçuya şillə vurub.
“Larisa”nın yaydığı bəyanatda Deqranın qolu qəsdən buraxdığı və onun klubdan qovulduğu vurğulanıb. (qol.az)
