Klub prezidenti Modriçlə görüşdü
09.09.2019 , 17:59

“Sumqayıt” klubunun prezidenti Riad Rəfiyev Xorvatiya millisinin kapitanı Luka Modriçlə görüşüb.
Korner.az xəbər verir ki, Rəfiyev Xorvatiya millisinin ulduzunu görmək üçün otelə yollanıb.
Klub prezidenti “Real”ın 34 yaşlı yarımmüdafiəçisi ilə şəkil də çəkdirib.
