Klub prezidenti koronavirusa yoluxdu
10.03.2020 , 20:25

Yunanıstanın “Olimpiakos” klubunun sahibi və prezidenti Evangelos Marinakisdə koronavirusa yoluxub.
Korner.az xəbər verir ki, bu barədə o, “İnstagram” hesabında məlumat paylaşıb:
“Koronavirus məni də ziyarət etdi. Bu barədə ictimaiyyəti məlumatlandırmaq məcburiyyətindəyəm. Özümü yaxşı hiss edirəm. Çünki bütün lazımi tədbirləri görüb, həkimlərin tövsiyələrinə əməl edirəm. Bütün dostlarım və vətəndaşlarımıza da eynisini tövsiyə edirəm”.
