Kiyev “Dinamo”sunun prezidenti İqor Surkis Ukrayna Premyer Liqasının formatının dəyişdirilməli olduğunu bildirib.
Korner.az-ın məlumatına görə, paytaxt təmsilçisinin rəhbəri çempionatda maddi durumu yaxşı olmayan klubların məcburi iştirakına son verilməli olduğunu deyib.
“Biz futbolçularına pul verə bilməyən klubları çempionatda iştiraka məcbur etməməliyik. Gərək bu klublar özləri etiraf etsinlər ki, maddi vəziyyətləri yaxşı deyil və çempionatda iştirak etməsinlər. İnsanları özümüzə güldürməməliyik. Çempionatda yalnız imkanı olan komandalar iştirak etməlidirlər və reqlament də həmin klubların sayına uyğun qurulmalıdır. Bizim iki təklifimiz var. Ya 2, yaxud 4 dövrəli çempionat keçirək, ya da 10 komandanı iki hissəyə bölək; 5-i medallar, 5-i isə elitada qalmaq uğrunda mübarizə aparsın”, – deyə Surkis bildirib.
