Rusiya Premyer Liqasında Moskva”Spartak”ı üzərində böyük hesablı (4:2) qələbəyə görə “Terek”in prezidenti Məhəmməd Davıdov futbolçulara mükafat verib.
Korner.az-ın məlumatına görə, əksər oyunçulara pul verən prezident “Terek”in qələbəsində böyük payı olan hücumçu Ablaye Mbenqeyə Toyoto Corolla avtobili hədiyyə edib.
Xatırladaq ki, futbolçu bu oyunda dubl edib.
