İtaliya A Seriyasını tərk etmək təhlükəsi yaşayan “Palermo”nun prezidenti Maurisio Camparini komandasının futbolçularını tənqid edib.
Korner.az-ın məlumatına görə, o, oyunçularının yalnız pul haqda düşündüklərini deyib.
“Komanda futbol oynamır. Futbolçuların düşündükləri bir şey var: pul. Maaşlara 35 milyon avro xərcləyirik. “Frozinone” isə bundan 7 dəfə az pul ayırır, amma bizdən 1 xal geri qalırlar. Biz həm “”Frozinone”dən, həm də “Karpi”dən oyuna yanaşma tərzini öyrənməliyik”, – deyə başqan bildirib.
