“Olimpiakos”un prezidenti Evanqelos Marinakis komandanı cərimələyib.
Korner.az-ın məlumatına görə, buna komandanın Avropa Liqasında mübarizəni dayandırması səbəb olub.
Klub prezidenti Avropa Liqasının 1/16 finalında “Dnepr”ə məğlub olan komandasını 500 min avro dəyərində cəzalandırıb. Marinakis futbolçuların avroliqadakı uğursuzluğa görə utanmalı olduqlarını bildirib:
“Olimpiakos” Yunanıstanın böyük klublarından biridir. Bu komandada oynadığınız üçün hər biriniz qürur duymalısınız. Əgər kiminsə kluba hörməti yoxdur və hər hansı problemi varsa, könüllü olaraq komandanı tərk edə bilər. Ancaq siz “Olimpiakos”un formasını geyinirsiniz və komandaya faydalı olmalısınız. Superliqanı və ölkə kubokunu qazanmalı, avrokuboklarda uğurlu çıxış etməli idiniz”.
Qeyd edək ki, Avropa Liqasının 1/16 finalının ilk görüşündə səfərdə “Dnepr”ə 0:2 hesabı ilə uduzan “Olimpiakos” cavab matçında evdə rəqibi ilə 2:2 bərabərə qalaraq turnirdə mübarizəni dayandırıb.
