Klub prezidenti 10 oyunluq cəzalandırıldı
14.01.2026 , 15:00
AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən “VT Gəncə” komandasının prezidenti Hacıbala Əzimova 10 oyunluq cəza verib.
Korner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna “Xocalı” ilə matçda yaşananlar səbəb olub.
Sözügedən qarşılaşmada AFFA-nı və hakimləri təhqir edən Əzimov növbəti 10 oyuna buraxılmayacaq.