Klub prezidenti Əfran İsmayılova görə AFFA-ya çağırıldı – SON XƏBƏRDARLIQ EDİLDİ
12.01.2026 , 18:15
Azərbaycan millisinin sabiq üzvü Əfran İsmayılov hazırda çalışdığı “Şəfa” klubuna problem yaradıb.
Korner.az-ın əldı etdiyi məlumata görə, belə ki, “Araz Naxçıvan”da məşqçi kimi fəaliyyət göstərən sabiq oyunçu həm də Bakı klubunun müşaviridir. İsmayılovun rəsmi şəkildə iki yerdə çalışması kluba problem yaradıb.
Hətta bununla bağlı “Şəfa”nın prezidenti Sərdar Salmanzadə AFFA-ya dəvət edilib və ciddi xəbərdarlıq alıb.
Federasiya rəhbərliyi klub prezidentinə bunun yolverilməz olduğunu bildirib. Əgər paytaxt təmsilçisi məsələ ilə bağlı hər hansı bir addım atmasa, ciddi sanksiya ilə üz-üzə qala bilər.