Yunanıstanın “Olimpiakos” futbol klubunun baş məşqçisi Leonardo Yardim istefaya göndərilib.
Korner.az-ın məlumatına görə, Yardimin istefasına səbəb onun klub prezidenti Evangelos Marinakisin həyat yoladşı ilə görüşməsi olub.
Bunu öyrənən Marinakis "Olimpiakos"un onun rəhbərliyi altında uğurlu çıxış etməsinə rəğmən istefaya göndərib.
Qeyd edək ki, Leonardo Yardimin rəhbərliyi altında “Olimpiakos” 17 oyunu 14 qələbə, 3 heç-heçə ilə başa vurub. Yunanıstanın tanınmış iş adamlarından olan Evangelios Marinakis isə kluba 2010-cu ildən rəhbərlik edir.
