Ukraynanın “Şaxtyor” klubunun ofisi silahlı basqına məruz qalıb.
Korner.az-ın məlumatına görə, bir qrup silahlı şəxs binanı ələ keçirib. Donetsk təmsilçisinin rəsmi saytında yerləşdirlən xəbərdə belə qeyd olunub:
“Şaxtyor” klubunun Donetsk, Artyom 86a küçəsində yerləşən ofisi silahlı insanlar tərəfindən tutulub. Hadisə ilə bağlı araşdırma aparılır”.
Ukraynanın ən varlı insanlarından biri olan Rinat Axmetova məxsus “Şaxtyor” klubunun “Donbask Arena” stadionu avqustun 23-də atəş nəticəsində qismən dağıdılmışdı.
