Bu gün AFFA-nın inzibati binasında növbəti mövsüm UEFA-nın yarışlarında və Azərbaycan Premyer Liqasında çıxış etmək üçün lisenziya almaq məqsədilə müraciət etmiş klubların nümayəndələri ilə görüş keçirilib.
Korner.az-ın məlumatına görə, klubların rəhbər şəxslərinin və maliyyə üzrə mütəxəssislərinin iştirak etdiyi görüşdə baş katib Elxan Məmmədov çıxış edib, lisenziyalaşdırma prosesi, o cümlədən maliyyə Fair Play-i ilə bağlı məsələlər ətraflı müzakirə olunub, klublara müvafiq tövsiyələr verilib.
