Klub məlumat yaydı: Şeydayevin keçidi rəsmiləşir
16.08.2018 , 17:05

Millimizin futbolçusu Ramil Şeydayev “Krılya Sovetov”a transfer edilmək üzrədir
Rusiya Premyer Liqa təmsilçisi rəsmi “Tvitter” hesabından 22 yaşlı hücumçu ilə müqavilə imzalamağı planlaşdırdığını açıqlayıb. R.Şeydayev hazırda klubun düşərgəsindədir. O, əsas komanda ilə birlikdə yoxlama oyununda da iştirak edib və qollardan birinin müəllifi olub (3-1).
Qeyd edək ki, R.Şeydayev bu ay “Trabzonspor”dan ayrılıb. O, ötən mövsüm icarə əsasında “Qarabağ”da oynayıb.
