Klub futbolçusu ilə müqaviləni uzatdı
21.04.2023 , 15:04

İngiltərənin “Brayton” klubunda yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, Premyer Liqa klubu futbolçusu Paskal Qrossla müqavilənin müddətini artırıb.
Bu barədə klubun klubun rəsmi saytı məlumat yayıb. Yarımmüdafiəçi ilə 2025-ci ilə kimi yeni sözləşmə imzalanıb.
Paskal Qross 2017-ci ildən “Brayton”da forma geyinir.
