“Liverpul” klubunun direktoru Yan Eyr futbolçuların sosial şəbəkərlərdə vaxt keçirmələrinə qarşı olduğunu deyib.
Korner.az-ın məlumatına görə, o, futbolçuların həddən artıq asudə vaxtlarının olduğunu və boş vaxtlarını sosial şəbəkələrdə zərərli paylaşımlar etdiklərini bildirib.
“Biz futbolçuların sosial şəbəkələrdən istifadə etməmələrini istəyirik. Çünki boş vaxtlarında sosial şəbəkələrə girib gic-gic şeylər yazırlar. Bu, çox böyük problemdir. Təəssüf ki, biz onlara bunu qadağan edə bilmərik. Ancaq klubun ciddi siyasəti var və bu siyasətə zidd şeylər yazanları cəza gözləyir”, – deyə direktor söyləyib
